Onun sözlərinə görə, hazırda "PAŞA Həyat Sığorta" daşınmaz əmlaka investisiya qoyuluşunu dayandırıb: "Məlum risklərə görə daşınmaz əmlaka investisiyaları dayandırmışıq. Amma planda var ki, tezliklə bu investisiyalar bərpa edilsin".
N.İsmayılov qeyd edib ki, Şirkətin ümumi investisiya portfeli son 1 ildə 24%, ilin əvvəlindən isə 17% artaraq 129 mln. manat olub.
Sədr müavini təmsil etdiyi şirkətin topladığı sığorta haqlarının ötən illə müqayisədə 45% artdığını da deyib: "Bu ilin əvvəlindən 61,8 mln. manat sığorta haqqı toplamışıq. Ötən ilin eyni dövründə bu rəqəm 42,5 mln. manat olub. 45% artım var".