Liderlər autsayderlərə qarşı

Liderlər autsayderlərə qarşı
13:12 28 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun ilk günündə Avropa Liqasındakı təmsilçilərimiz meydana çıxacaqlar.

"Qarabağ" və "Qəbələ" vacib avrokubok matçı öncəsi müsbət əhval-ruhiyyə qazanmaq üçün turu qələbə ilə başa vurmalıdırlar. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan liderlər son sıralarda yer alan autsayderləri sınağa çəkəcəklər.
 
Günün ilk qarşılaşması Qəbələdə baş tutacaq. Çempionatın lideri olan "Qəbələ" tarixinin ən ağır günlərini yaşayan "Neftçi"ni sınağa çəkəcək. Ardıcıl 2 matçdır qola və xala həsrət olan "ağ-qaralar" I dövrədə 0:8 hesabı ilə uduzduğu rəqibi büdrətməyə iddialıdırlar. Meydan sahibləri isə ardıcıl 2 səfər heç-heçəsindən sonra doğma azarkeşlər önündə qalib gəlməyə köklənib.
 
Son 3 mövsümün çempionu "Qarabağ" autsayderin qonağı olacaq. Qurban Qurbanovun yetirmələri ilk dövrədə 6 qol vurduqları AZAL-la görüşə yenə favorit qismində çıxacaq. 11 matçdır yenilməyən "Qəbələ"nin uduzması halında liderliyə yüksələcək ağdamlılardan fərqli "təyyarəçilər"in irəliləmək şansı yoxdur. Bakılılar 13 turluq qələbə həsrətinə son qoysa da, axırıncı pillədən qurtula bilməyəcəklər.
 
Turun ikinci günü ortababların dueli ilə başlayacaq. 4-cü yer uğrunda mübarizə aparan "Zirə" və "Kəpəz" paytaxtda qarşılaşacaqlar. İlk dövrədə rəqibinə uduzan bakılılar məğlubiyyətin əvəzini çıxmağa, qərblilər isə mövqeyini qorumağa çalışacaq. Son turlarda uduzmayan rəqiblərin dueli hər iki komanda üçün önəm kəsb edir. Lakin bu matçın nəticəsi "Sumqayıt" üçün də az maraq doğurmur. Çünki bu matçdakı heç-heçə "Gənclik şəhəri" təmsilçisinin onlara şərik olmasına imkan yarada bilər. Bunun üçün "İnter"lə görüşən Samir Abasovun yetirmələri 3 matçlıq qələbə həsrətinə son qoymalıdırlar. Paytaxt təmsilçisi liderlərdən uzaq düşməmək üçün 3 heç-heçədən ibarət seriyasını qırmalıdır. 10 matçdır yenilməyən "bankirlər" 4-cü yerlə xal fərqinin azalmaması üçün də turu itkisiz keçməlidirlər.

Topaz Premyer Liqası
X tur
29 oktyabr (şənbə)

15:00. "Qəbələ" - "Neftçi"
I dövrədəki oyun: 8:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov 
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

17:00. AZAL - "Qarabağ"
I dövrədəki oyun: 0:6
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
"AZAL Arena"
 
30 oktyabr (bazar)

14:00. "Zirə" - "Kəpəz"
I dövrədəki oyun: 0:2
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu

16:00. "İnter" - "Sumqayıt"
I dövrədəki oyun: 2:1
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev 
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena"

1

Qəbələ

9

6

3

0

22-3

21

2

Qarabağ

9

6

1

2

20-5

19

3

İnter

9

4

5

0

13-8

17

4

Kəpəz

9

2

5

2

7-8

11

5

Zirə

9

3

2

4

8-10

11

6

Sumqayıt

9

2

3

4

8-14

9

7

Neftçi

9

2

0

7

6-20

6

8

AZAL

9

0

3

6

4-20

3

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR