Agentliyin rəhbəri avtobuslardakı nöqsanları şəxsən gördü - FOTO

Agentliyin rəhbəri avtobuslardakı nöqsanları şəxsən gördü - FOTO
14:32 28 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

İctimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş-gəlişinin daha da yaxşılaşdırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında bir sıra tələblər qoyub. Qoyulan tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində tanış olmaq məqsədi ilə Agentliyin rəhbərliyinin iştirakı ilə mütəmadi olaraq monitorinqlər keçirilir. Növbəti belə monitorinq metronun "Koroğlu" stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzində keçirilib.

Milli.Az xəbər verir ki, monitorinqdə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

Monitorinq çərçivəsində NMM-ə daxil olan marşrut xətti üzrə avtobuslara baxış keçirilib və sərnişindaşımada istifadə edilən avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır.

Bununla yanaşı, bir sıra avtobuslarda sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Montorinq zamanı aşkrarlanan bütün çatızmalıqlar ayrı-ayrılıqda aktlaşdırılıb.

BNA-nın baş direktoru Vüsal Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Bir daha daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək.

İlkin İzzət

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR