"Dördünü qızım, dördünü mən dəfn etdim" - VİDEO - FOTO

"Dördünü qızım, dördünü mən dəfn etdim" - VİDEO - FOTO
16:05 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova maraqlı açıqlamalar veriblər. 

"Leyli və Məcnun" operasının ABŞ-da yeni versiyada təqdimatı haqda xalq artisti bunları söyləyib:
"10 konsert proqramlaşdırılmışdı. Səsdə problem yaranması və xəstələnməyimizi düşünürək 2 oxuyan cavan oğlan, Mirələm və Kamilə xanımı seçdilər. Daha sonra 4-5 Leyla və 4-5 Məcnunu da seçdik. Hamısı bizimlə səfərə getdi. Onlar da konsertdə bizimlə iştirak edib, bizə dayaq oldular. Ona görə narahatlıq yaranmadı. Beləcə bir-birimizi konsertdə yola verirdik. Və çox uğurlu alındı. Sonda isə 4 Leylini Fərqanə xanım, 4 Məcnunu isə mən dəfn edirdim. Hər kəs öz rolunu yaxşı oynadı. Sonda bir boşluq yaranmışdı, fasilədə bildirdim ki, bu boşluğu tar doldursun".

Alim Qasımov xaricilərlə çalışmağın çətinliklərindən danışıb:
"Xarici musiqiçilərlə işləməyin müəyyən çətinlikləri var. Amma o çətinlikləri görməsən, gözəllikləri ortaya çıxara bilməzsən. Əlbəttə, çətinlikləri var, əsəbi var. Musiqidə dil problemi o qədər də önəmli faktor deyil. Bir balaca bir şeyi başa salandan sonra yoluna düşür. Qızım da sağ olsun kömək edir. Əsasən yeyib-içməkdə (gülür). Musiqiçilərlə tərcümədə çox köməyi olur".

Fərqanə Qasımova konsertlə bağlı fikirlərini bölüşüb: 
"Onlar məsuliyyəti bir Leyli və bir Məcnunun üzərinə qoymamışdılar. Opera 5 hissədən ibarət idi. Hər pərdədə bir Leyli və Məcnun çıxış edirdi. Onların şərfləri var idi, işıqlar sönəndə dəyişirdilər ki, yeni Leyli və Məcnun gəlsin. Hər kəs öz içində bir Leyli-Məcnun idi. Çox uğurlu oldu".

Verilişdə xalq artisti və qızının ABŞ-dakı konsertlərindən eksklüziv görüntülər yayımlanıb.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/484110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR