"Çətinliklər və əsəb var" - Alim Qasımov

"Çətinliklər və əsəb var" -  Alim Qasımov
16:51 28 Oktyabr 2016
53 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova “Leyli və Məcnun” operasının ABŞ-da yeni versiyada təqdimatı haqda danışıb.

Axşam.az-ın məlumatına görə, A.Qasımov bildirib ki, səfərə tək yox, gənc ifaçılarla birlikdə gediblər:

"10 konsert proqramlaşdırılmışdı. Səsdə problem yaranması və xəstələnməyimizi düşünürək 2 oxuyan - Mirələm və Kamilə xanımı seçdilər. Daha sonra 4-5 Leyla və 4-5 Məcnunu da seçib, bizimlə səfərə apardıq. Ona görə də çıxışlarda narahatlıq yaranmadı. Çox uğurlu alındı. Sonda isə 4 Leylini Fərqanə xanım, 4 Məcnunu isə mən dəfn edirdim. Hər kəs öz rolunu yaxşı oynadı. Sonda bir boşluq yaranmışdı, fasilədə bildirdim ki, bu boşluğu tar doldursun".

A.Qasımov xaricilərlə çalışmağın çətinliklərindən bəhs edib:

"Xarici musiqiçilərlə işləməyin müəyyən çətinlikləri var. Amma o çətinlikləri görməsən, gözəllikləri ortaya çıxara bilməzsən. Musiqidə dil problemi o qədər də önəmli faktor deyil. Qızım da sağ olsun kömək edir".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR