“Zirvə” ilə “zirzəmi” üz-üzə - YENİLƏNİR

“Zirvə” ilə “zirzəmi” üz-üzə - YENİLƏNİR
08:42 29 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyun günündə ölkəmizi Avrokuboklarda təmsil edən klublar meydana çıxacaqlar.

Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşmış "Qəbələ" və "Qarabağ" uyğun olaraq son iki yerin sahibi "Neftçi" və AZAL-la qarşılaşacaqlar.

İlk olaraq Qəbələdə yerli komanda "Neftçi"ni qəbul edəcək. Avroliqadakı vacib sınaq öncəsi zəif rəqibini xalsız yola salmaq istəyən meydan sahibləri qələbə qazanmaq əzmindədi. Ağır durumda olan, son iki turda xala və qola həsrət qalan paytaxt təmsilçisi isə heç olmasa, bir xala ümid edir. Roman Qriqorçukun yetirmələri ardıcıl iki heç-heçədən sonra doğma meydanda azarkeşlərini sevindirmək istəyir.

Günün ikinci oyununda isə son üç mövsümün çempionu "Qarabağ" Şüvəlanda AZAL-a qonaq olacaq. Qurban Qurbanovun yetirmələri PAOK-la həyati əhəmiyyətli Avroliqa matçından öncə çempionatdakı işləri də yoluna qoymaq istəyir. Lider "Qəbələ"dən uzaq düşməmək üçün ağdamlılar sonuncu pillənin sahibini xalsız qoymalıdı. Əgər "Qəbələ" uduzsa, 3 xal ağdamlıları lider edəcək.

Azərbaycan Premyer Liqası

X tur

29 oktyabr (şənbə)

15:00. "Qəbələ" - "Neftçi"

I dövrədəki oyun: 8:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov 
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

17:00. AZAL - "Qarabağ"
I dövrədəki oyun: 0:6
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
"AZAL Arena"

1

Qəbələ

9

6

3

0

22-3

21

2

Qarabağ

9

6

1

2

20-5

19

3

İnter

9

4

5

0

13-8

17

4

Kəpəz

9

2

5

2

7-8

11

5

Zirə

9

3

2

4

8-10

11

6

Sumqayıt

9

2

3

4

8-14

9

7

Neftçi

9

2

0

7

6-20

6

8

AZAL

9

0

3

6

4-20

3

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR