Xalq artisti xanımı və nəvəsi ilə - video

Xalq artisti xanımı və nəvəsi ilə -  video
15:26 29 Oktyabr 2016
151 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Alim Qasımov 3 yaşlı nəvəsindən danışıb. 

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı ARB TV-nin "Gəlin danışaq" verilişində Alimin oxumağı çox sevdiyini deyib:

"Nəvəm də oxumağa başlayacaq. İkinci Alim Qasımovdur. Harada mikrofon görür, götürür. Konsertlərə görə nəvələrimlə yaxşı ünsiyyət qura bilmirəm, yadlaşmışam. Onun mənim sənətimi davam etdirib-etdirməməsinə gəldikdə isə... Əgər pis oxuyacaqsa, heç davamçım olmasın. Bizdə hamı Fərqanə (qızı, əməkdar artist Fərqanə Qasımova - red.) kimi ola bilməz axı".

A.Qasımov ailə üzvlərinin onun sənətinə münasibətindən söz açıb:

"Çoxu tənqidşunasdır, jurilik edirlər (gülür). Gəlinim, oğlum, elə yoldaşımın özü münsifdir. İşimiz çox çətindir, hər şeyi asan bəyənmirlər. Onların məsləhətlərini dinləyirəm. Bizi ailəmiz tənqid edə bilər. Yad çəkinər ki, inciyərik".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR