Braziliya Deputatlar Palatasının sədri Azərbaycana səfərinin məqsədini açıqlayıb

Braziliya Deputatlar Palatasının sədri Azərbaycana səfərinin məqsədini açıqlayıb
12:22 31 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.
 
R. Maya bildirib ki, səfər ticari və işgüzar xarakter daşıyır: "Məqsəd Azərbaycan-Braziliya münasibətlərinin daha da yaxşılaşdırılmasına nail olmaqdır".
 
Bakı ilə Rio-de-Janeyronun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən qonaq buna görə Bakıya səfər etməyin çox xoş olduğunu deyib.
 
Qeyd edək ki, R. Maya Milli Məclisin sədri Oqtay Əsədov, dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/484785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR