Baş Prokurorluqdan "işdən qovulanlar"la bağlı AÇIQLAMA

Baş Prokurorluqdan "işdən qovulanlar"la bağlı AÇIQLAMA
19:59 5 Yanvar 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+



Azərbaycan Respublikasının Baş Prokurorluğu namaz qıldıqlarına görə işdən çıxarılanlarla bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Zaqatala rayon Prokurorluğunun Dəftərxana müdiri Seyfulla Qurbanov və onun oğlu, Balakən rayon Prokurorluğunun Dəftərxana müdiri Sərxan Qurbanovun namaz qıldıqlarına görə işdən azad olunması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər əsassızdır.

 

Belə ki, S. Qurbanov əmək intizamını dəfələrlə kobud şəkildə pozduğuna görə, oğlu S. Qurbanov isə öz ərizəsi ilə rayon prokurorlarının imzaladıqları əmrlərə əsasən vəzifələrindən azad ediliblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR