Azərbaycana gələn xaricilərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır

Azərbaycana gələn xaricilərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır
17:22 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycana daxil olan xarici vətəndaşların 32 faizdən çoxu Rusiya vətəndaşlarıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu açıqlamanı Azərbaycan-Rusiya forumu çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Turizm Departamentinin rəhbəri Rauf Paşayev verib.

O, turizm sektorunun Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını bildirib. R.Paşayev deyib: "Ötən il ölkə iqtisadiyyatında turizmin həcmi 3 faizdən çox olub. Bu, neft ölkəsi üçün kifayət qədər yaxşı göstəricidir".

Bu gün Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Forum çərçivəsində iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/485297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR