Teleradio yayımı dövlət təhlükəsizliyinə aid fəaliyyət növü hesab ediləcək

Teleradio yayımı dövlət təhlükəsizliyinə aid fəaliyyət növü hesab ediləcək
17:47 1 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunacaq.

Milli.Az bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Lisenziyalar və icazələr haqqında" qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik təklif edilir.
 
Layihəyə əsasən, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddə çıxarılır. Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil edilir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR