"Report" xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Şahdar rayonunun şərq hissəsində, avtomobil dayanacağında qeydə alınıb. Yanğın zamanı azı 3 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.
Hadisəyə qısaqapanma səbəb olub.Yanğın söndürülüb və yaralılar xəstəxanalara yerləşdirilib.
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.