Ermənistan Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsi üçün pul tapmır

Ermənistan Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsi üçün pul tapmır
10:27 2 Noyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgəri Avetis Zarqaryanın Hindistanda müalicəsi üçün pul tapmır.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, işğal altında olan Azərbaycan torpaqlarında gedən döyüşlərdə yaralanıb.
Nazirlik məsələ ilə bağlı açıqlamasında A.Zarqaryanın Moskvadan Dehliyə 9 saatlıq uçuşa dözməyəcəyini də bildirib.
Ermənistan KİV-i Müdafiə Nazirliyinin əsgərin müalicəsi ilə bağlı açıqlamasını məntiqsiz adlandıraraq, yazıb: ““Açıqlamanın” məntiqi tam aydın deyil. Ona görə də təyyarə yaralının Moskvayadək apara bilərsə, o zaman niyə bu Dehliyədək mümkün deyil?!”

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR