Türkiyə millisinin və "Barselona"nın futbolçusu Arda Turan etdiyi hərəkətlə diqqət çəkib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, əsgərlərdən biri "İnstagram" hesabında yazaraq türk yarımmüdafiəçidən onlara istilik sobası göndərməsini istəyib.
Bundan sonra A.Turan Vanın Özalp Sınır Karakolunda xidmət edən əsgərlərə bir neçə ədəd istilik sobası göndərib.
Əsgərlər bu hərəkətinə görə A.Turana təşəkkür ediblər.
Milli.Az