Paytaxt polisi metro və Kreml də daxil olmaqla bir neçə yerə partlayıcı yerləşdirilməsi ilə bağlı daxil olan zəngi araşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Moskva" agentliyi məlumat yayıb. Polisin məlumatəna görə, 02 xidmətinə Kremldə, ABŞ səfirliyində, metronun Yaroslavl stansiyası, Leninski Prospektində partlayışlar olacağı barədə zənglər daxil olub.
Polis xəbər verilən obyektləri nəzarətə götürüb, zəngin sahibini müəyyən etmək üçün araşdırmalara başlayıb.