UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə eyni qrupda mübarizə aparan "Anderlext"lə "Maynts" arasındakı oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki,növbəti mərhələyə yüksəlmək baxımından olduqca ciddi əhəmiyyətə malik matç gözlənilmədən belçikalıların darmadağını ilə yekunlaşıb.
Bu nəticə ilə qrupda liderliyə yüksələn "Anderlext" xalını da 8-ə yüksəldib.
Qeyd edək ki, digər matçda "Qəbələ" öz meydanında "Sent-Etyen"ə uduzub - 1:2.
UEFA Avrop Liqası
Qrup mərhələsi
C qrupu
4 noyabr
"Anderlext" (Belçika) - "Maynts" (Almaniya) - 6:1
Qollar: Stançiu, 9; 41, Tilemans, 62, Teodorçuk, 89, 90+2, Bruno, 90 - Blasis, 15
Milli.Az