Balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurdu - FOTO

Balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurdu - FOTO
14:52 4 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara rayon sakinini elektrik cərəyanı vurub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonunun Şiyəkəran kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 49 yaşlı Rahim Baladadaş oğlu İmanov yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, həkimlərin ilkin müayinəsindən sonra ona bütün bədənin 2-3-cü dərəcəli elektrik yanığı diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib: "Vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilməsi üçün hazırlıq görülür". 
Qohumları R.İmanovun ehtiyatsızlıq üzündən cərəyan vurduğunu bildirib: "Onların ailəsinə məxsus balıq nohuru var. Həmin nohurda elektrik enerjisi ilə balıq ovlayan zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub".

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR