Premyer Liqa nəhəngləri 19 yaşlı futbolçunu istəyir

Premyer Liqa nəhəngləri 19 yaşlı futbolçunu istəyir
12:37 5 Noyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

"Atalanta"nın futbolçusu Frank Kessi İngiltərənin böyük klublarının maraq dairəsinə düşüb.


Fanat.Az xəbər verir ki, Kot-D`İvuardan olan futbolçunu "Mançester Yunayted", "Arsenal", "Çelsi", "Mançester Siti" və "Sautqempton" heyətinə qatmaq istəyir.


İngilis klubları ilə yanaşı, "Yuventus" və "İnter" də Kessini transfer siyahısına salıb.


Qeyd edək ki, Frank Kessi 2015-ci ilin yayında Kot-D`İvuarın "Stella" klubundan "Atalanta"ya 300 min avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 7,5 milyon avro qiymət qoyub. 19 yaşlı yarımmüdafiəçi cari mövsümdə 10 rəsmi oyuna çıxıb və 5 qol vurub.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR