"Toyota Prado" aşdı: 3 yaralı - FOTOSESSİYA

"Toyota Prado" aşdı: 3 yaralı - FOTOSESSİYA
17:52 6 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. 

"90 CC 120" dövlət nömrə nişanlı "Toyota  Prado" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri, 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini, 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR