Rəqibləri "Qəbələ" aqibətini yaşadı

Rəqibləri "Qəbələ" aqibətini yaşadı
09:57 7 Noyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının C qrupunda mübarizə aparan komandalar hamısı bu tur daxili çempionatlarında qələbəyə həsrət qalıblar.


Fanat.Az xəbər verir ki, Şüvəlandakı AZAL - "Qəbələ" qarşılaşmasında olduğu kimi, "Metz"lə "Sent-Etyen"in oyununda da qapılara qol vurulmayıb. 18 xalla 12-ci pillədə qərarlaşan "Sent-Etyen" avrokuboklara vəsiqə verən zonadan xeyli aralı qalıb.


"Anderlext"in də qazancı 1 xal olub. "Oostende" ilə oyunda tərəflər hərəyə bir dəfə fərlənə biliblər. Bu xal itkisindən sonra 25 xalla 2-ci pillədə qərarlaşan "Anderlext" liderdən 5 xal geri qalır.


"Maynts" isə bu tur xalsız qalıb. Debütant "Leyptsiq"in növbəti "qurbanı" məhz "Qəbələ"nin rəqibi olub. "Maynts" 1:3 hesablı məğlubiyyətdən sonra 10-cu pilləyə qədər geriləyib.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR