"Dövlət rüsumu haqqında" qanunda YENİLİK: rüsumların 50 %-i...

"Dövlət rüsumu haqqında" qanunda YENİLİK: rüsumların 50 %-i...
14:29 8 Noyabr 2016
146 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda dəyişikləri təsdiqləyib.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dəyişikliyə əsasən, qanunun 4.1-ci maddəsində “həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən” sözləri “(bu Qanunun 4.1-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən” sözləri ilə əvəz edilib.

 

Qanuna aşağıdakı məzmunda 4.1-1-ci maddə əlavə edilib:

 

"4.1-1. Bu Qanunla nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin bir neçə dövlət orqanı tərəfindən vahid məkanda, innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsinin təşkil edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR