"Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə ödəniş edəcəklər"

"Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə ödəniş edəcəklər"
15:57 8 Noyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanına ikinci dəfə ümrə ziyarətinə gedən zəvvarların 530 dollar əlavə vəsait ödəməsi dövlət tərəfindən rəsmiləşdirilib. 

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, zəvvarların qrup rəhbəri Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu barədə onlara rəsmi məlumat verib: "Yalnız ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə vəsait ödəyəcəklər. Bu qayda Həcc ziyarətinə gedənlərə şamil olunmur".

H.Babayev bildirib ki, hazırda ümrə ziyarəti üçün müraciətlər var və sənəd qəbulu aparılır: "25 nəfərlik qrup düzəldikdən sonra bu ilin ilk ümrə ziyarətçiləri yola salınacaq. Zəvvarlar ümrə üçün bu il 1500-2500 ABŞ dolları ödəyəcəklər. Ötən il bu məbləğ 1200-2300 dollara bərabər idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR