Dəyişikliklə emitentin emissiya prospektinin tərtib edilməsindən azad edilməsində dəyişiklik edilir. Belə ki, dəyişikliyə əsasən, hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olduqda emitent emissiya prospektinin tərtib edilməsindən azaddır.
Hazırda isə hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olmadıqda emitent emissiya prospektinin tərtib edilməsindən azad edilir.
Müzakirələrdən sonra dəyişiklər təsdiqlənib.