Bakıda Norveç və İsveçrə filmlərinin festivalı keçiriləcək
Paylaş
·111 baxış·1 dəq oxu
Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda Norveç və İsveçrə filmlərinin "Alp və Fyordlar" adlı (Alps & Fjords Film Festival) festivalı təşkil olunacaq. “Report” xəbər verir ki, festival Norveç və İsveçrə səfirliklərinin təşkilati dəstəyi ilə keçiriləcək. Noyabrın 17-dən 20-nə qədər aparılan festival çərçivəsində "Landmark" kinoteatrında üç Norveç və üç İsveçrə filmləri nümayiş olunacaq.