"Biz daha bir neçə ay fövqəladə vəziyyət rejimində yaşayacağıq"

"Biz daha bir neçə ay fövqəladə vəziyyət rejimində yaşayacağıq"
12:27 13 Noyabr 2016
239 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa baş naziri Manuel Vals ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması barədə qərar veriləcəyinə əmin olduğunu bildirib. 

APA-nın məlumatına görə, baş nazir BBC-yə müsahibəsində deyib ki, Fransanın daha bir neçə ay fövqəladə vəziyyət rejimində yaşayacağı aydındır və hazırkı situasiyada fövqəladə vəziyyət rejimini ləğv etmək mürəkkəb məsələdir.
 
M. Vals bu aspektdə bir neçə həftə sonra Fransada 2017-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı aksiyaların başlayacağını da nəzərə almağı vacib sayıb: "Fövqəladə vəziyyət rejimi effektiv formada şübhəli şəxslərin saxlanılmasına və digər nəzarət tədbirlərinin həyata keçirilməsinə imkan verir. Buna görə də böyük ehtimalla, biz bir neçə ay da fövqəladə vəziyyət rejimində yaşayacağıq".
 
Fransanın baş naziri 2015-ci il noyabrın 13-də Parisdə baş verən terror aktından sonra terror riskinin ümumilikdə azalması tendensiyasının müşahidə olunduğunu da söyləyib.
 
Xatırladaq ki, Fransada fövqəladə vəziyyət rejimi 2015-ci il noyabrın 13-də baş verən terror aktından sonra tətbiq edilib. Fövqəladə vəziyyəti rejimi 3 ay müddətində nəzərdə tutulsa da, hakimiyyət terror təhlükəsinin yüksək olduğunu əsas gətirərək fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.
 
Qeyd edək ki, Fransada prezident seçkilərinin ilk turu 2017-ci aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR