"Şöhrət" ordenli idmançımız and içib əsgər oldu - FOTO

"Şöhrət" ordenli idmançımız and içib əsgər oldu -   FOTO
23:07 13 Noyabr 2016
243 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.


Azərbaycanın "Şöhrət" ordenli karateçisi Ayxan Mamayev də Daxili qoşunların sıralarında hərbi and içərək əsgər olub. Bu xəbəri Azərbaycan Milli Karate Federasiyasının rəsmi “Facebook” səhifəsi yayıb. Onun andiçmə mərasimində komanda yoldaşı Şahin Atamov da olub.


Qeyd edək ki, Ayxan Mamayev 1991-ci ilin dekabr ayının 3-də Bakı şəhərində anadan olub. O, "Bakı-2015" I Avropa Oyunlarının və "Palembanq-2013" İslam Həmrəylik Oyunlarının qızıl medallarını qazanıb. 2012-ci ildə Tenerifedə, 2015-ci ildə İstanbulda Avropa çempionatının gümüş medalına sahib çıxan 25 yaşlı idmançı 2012-ci ildə Parisdə Dünya çempionatının bürünc medalını əldə edib.


O, I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə dövlət başçısının 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotohrtquot-ordenli-idmancmz-and-icib-sgr-oldu-t54124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR