AFFA Azərbaycan – Almaniya oyununun yerini dəyişdi

AFFA Azərbaycan – Almaniya oyununun yerini dəyişdi
12:47 14 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində  keçiriləcək Azərbaycan – Almaniya oyununun yeri dəqiqləşib. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.


Daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb və bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.


Qeyd edək ki,  Azərbaycan – Almaniya oyunu 2017-ci il martın 26-da keçiriləcək.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR