Vergilər Nazirliyi ötən ay vətəndaş müraciətlərinin 40%-nə mənfi cavab verib

Vergilər Nazirliyi ötən ay vətəndaş müraciətlərinin 40%-nə mənfi cavab verib
15:52 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində vergi orqanlarına 7 152 müraciət daxil olub.  Vergilər Nazirliyindən "Report"a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,7% azdır.
Müraciətlərdən 92,3 %-i ərizə, 7,6 %-i şikayət, 0,1%-i təklifdir. Onların 36 %-i müxtəlif arayışların alınması, 31,1 %-i kameral vergi yoxlamaları, 6,1 %-i vergi borcları, 2,4 %-i vergidən yayınma və dividendlərin verilməsi, 2%-i səyyar vergi yoxlamaları, 1,1%-i vergi qanunvericiliyinin tətbiqi, 1,1%-i ƏDV, 1%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,7%-i qəbul, 0,5 %-i işlə təmin edilmək, 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i korrupsiya hüquqpozmaları, 0,5 %-i operativ vergi nəzarət tədbirləri, 16,9 %-i isə digər məsələlərlə bağlı olub.
Nazirlik, bütün müraciətlərə vaxtında baxıldığını, onların 60%-i müsbət həll olunuduğunu açıqlayıb. 
Hesabat dövründə vergi orqanlarında ümumilikdə 594 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-nazirliyi-oten-ay-vetendas-muracietlerinin-40-ne-menfi-cavab-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR