Azərbaycanlı FİFA referilərinin siyahısında dəyişiklik edilib

Azərbaycanlı FİFA referilərinin siyahısında dəyişiklik edilib
18:02 14 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bı. 14 noyabr. REPORT.AZ/ 2017-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı açıqlanıb. "Report"un məlumatına görə, siyahıda 3 futbol hakimi yer alıb.
Bunlar Əliyar Ağayev, Rəhim Həsənov və Ömər Paşayevdir. Referi köməkçiləri Yaşar Abbasov, Namik Hüseynov, Rza Məmmədov, Vaqif Musayev, Zeynal Zeynalov və Mübariz Haşımovdur.
Futzal üzrə FIFA referilərinin siyahısında Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov və Hikmət Qafarlı yer alıb.
Çimərlik futbolu üzrə FIFA referiləri Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyevadır.
Qadın FIFA referiləri Səbayel Qurbanova və Yuliya Qurbanova, qadın FIFA referi köməkçiləri isə Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə və Lamiyyə Sadıqovadır.
Qeyd edək ki, ötən il beynəlxalq dərəcəli futbol referilərinin siyahısında Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədov yer alıb. Yeni siyahıda isə Orxan Məmmədovu Ömər Paşayev əvəzləyib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR