Azərbaycanlı FİFA hakimlərinin YENİ SİYAHISI

Azərbaycanlı FİFA hakimlərinin YENİ SİYAHISI
19:18 14 Noyabr 2016
96 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FİFA hakimlərinin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, 2017-ci ildə beynəlxalq oyunlara 22 təmsilçimiz təyinat ala biləcək.

Cari illə müqayisədə yeni ildə bəzi dəyişikliklər olacaq. Ən diqqətçəkən məqam 3 referimizin tərkibində olan dəyişiklikdir. Orxan Məmmədovu FİFA referiliyindən geri çağıran AFFA onun yerinə Ömər Paşayevi beynəlxalq quruma təqdim edib. Onunla yanaşı Rəhim Həsənov və Əliyar Ağayev də FİFA referisi statusunu daşıyacaq.

Azərbaycan beynəlxalq arenada 3 referi, 6 laysman, 4 futzal referisi, 3 çimərlik futbolu referisi, 2 qadın futbolu referisi və 4 qadın futbolu laysmanı ilə təmsil olunacaq.

Hakimlərin siyahısı aşağıdakı kimidir:

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev

Referi köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov, Rza Məmmədov, Vaqif Musayev, Zeynal Zeynalov, Mübariz Haşımov

Futzal üzrə FİFA referiləri: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı

Çimərlik futbolu üzrə FİFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva

Qadın FİFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova

Qadın FİFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR