Eyni zamanda, "Lada" avtomobillərinin Azərbaycan bazarında satışı da bu tendensiyadan yan keçməyib. Yerli bazarda bu markanın satışı təqribən iki dəfə, yəni 1,5 min ədədə düşüb. Hərçənd Ukrayna bazarında "Lada"nın satışı 108% - 1,3 min ədədədək, brendin bazar payı isə 2%-dən 2,9%-ə yüksəlib. "AvtoVAZ"ın ixracının daha böyük artım dinamikası Avropada müşahidə edilir - burada maşınların qeydiyyatı 75% - 3,1 min ədədə kimi artıb.
Qeyd edək ki, "AvtoVAZ"ın ixracdən əldə etdiyi gəliri sürətlə düşür. Bu gəlirlərin həcmi son bir ildə 7, 77 mlrd. rubldan 4,27 mlrd. rubla kimi azalıb ki, bu da ümumi gəlirlərin strukturunda 6,2%-dən 3,2%-dək geriləmə deməkdir.
Sənəddə qeyd edilir ki, tələbat azalacağı təqdirdə şikrət ixrac strategiyasını dəyişəcək.