Şagirdini zorlamaqda ittiham edilən direktorun ailəsi DANIŞDI

Şagirdini zorlamaqda ittiham edilən direktorun ailəsi DANIŞDI
11:27 16 Noyabr 2016
1218 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqli barəsində irəli sürülən zorlama ittihamı təsdiqini tapmayıb.

Milli.Az bildirir ki, bu barədə ölkə.az-a C.Tofiqlinin ailəsi məlumat verib. Saxlanılan şəxsin anası Məhluqə Tofiqlinin sözlərinə görə, oğlu dünən səhər saat 6-da hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılıb:

"Hələ direktor kimi təsdiqlənməmişdi, vəzifəsini icra edirdi. Orada zorlama məsələsi yoxdur. Ekspertiza da bildirib ki, zorlama olmayıb. O qız on birinci sinifdə oxuyur. Niyə belə etdiklərini soruşmaq istəyirik, bizi yaxına buraxmırlar. Halbuki o ailəylə get-gəlimiz var. Oğlum ailəlidir, iki övlad atasıdır. Onun belə etdiyinə inanmaq istəmirəm. Ekspertizanın rəyində də göstərilir ki, belə bir şey yoxdur".

Xatırladaq ki, Ceyhun Tofiqli haqqında cinayət işi başladılıb və iş Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırılır. O, direktoru olduğu məktəbin şagirdlərindən birini zorlamaqda ittiham edilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR