“Böyük Şor” yol qovşağının yaxınlığında yeni yağış-kanalizasiya xətti çəkilir

“Böyük Şor” yol qovşağının yaxınlığında yeni yağış-kanalizasiya xətti çəkilir
15:27 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ “Azəravtoyol” ASC Bakının Heydər Əliyev prospektinin “Böyük Şor" yol qovşağından “Sabunçu" yol qovşağına doğru olan istiqamətində, yolun hərəkət hissəsinə yığılıb qalan səth sularının normal kənarlaşdırılmasını təmin etmək üçün yağış-kanalizasiya sisteminin qoşulduğu və yaxınlıqdakı nasos stansiyasına gedən xəttin bir hissəsini yeniləməyə başlayıb. Bu barədə "Report"a adı çəkilən qurumdan bildirilib. 
Məlumata görə, bu işlər 2016-2017-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədiilə hazırlanan tədbirlər planına uyğun olaraq görülür.
Yeni salınan yağış-kanalizasiya xəttinin uzunluğu 152 metr, burda istifadə olunana boruların diametri isə 400 mm-dir. Xəttin tikintisi üçün torpaq 3-4 metr dərinlikdə qazılıraraq, borular qoyulur, hər 25-30 metrdən bir isə nəzarət quyuları qurulur. Nəzarət quyularının diametri 1,27 m-dir, dərinliyi isə 3,5 m-dir.
İşlər ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunan qrafikə uyğun aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qoşulduğu xəttin bir hissəsi sıradan çıxıb. Nəticədə intensiv yağışlar zamanı səth suları yağış-kanalizasiya xəttindən geri, yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm avtonəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu.







Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/boyuk-sor-yol-qovsaginin-yaxinliginda-yeni-yagis-kanalizasiya-xetti-cekilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR