FIFA dərəcəsi alan hakim I diviziona göndərildi

FIFA dərəcəsi alan hakim I diviziona göndərildi
17:27 16 Noyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

I divizionda XII turun təyinatları müəyyənləşib. Fanat.Az xəbər verir ki, AFFA Hakimlər Komitəsi elita referisi kimi tanınan 3 hakimi yenə I diviziona “sürgün edib”.

 

Bunlar Rəhim Həsənov, Ömər Paşayev və Orxan Məmmədovdu. FİFA referisi Rəhim Həsənov turun mərkəzi görüşü olan “Şəmkir” – “Səbail” oyununu idarə edəcək. 


Gələn ilin yanvarından beynəlxalq dərəcəli hakim funksiyasını yerinə yetirəcək Ömər Paşayev orta sıralarda qərarlaşan MOİK-lə “Qaradağ Lökbatan”ın mübarizəsində fit çalacaq. 


FİFA dərəcəsi əlindən alınan Orxan Məmmədov isə “Zaqatala” – “Ağsu” matçında ədalət təmsilçisi olacaq.

  

I divizion

XII tur


17 noyabr (cümə axşamı)


14:00. “Turan Tovuz” – “Şahdağ”

Hakimlər: Nail Nağıyev, Rahil Ramazanov, Elgün Adıgözəlli, Rəşad Əhmədov

Hakim-inspektor: Azad Mütəllimov

Tovuz şəhər stadionu


14:00. “Şəmkir” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Mahir Məmmədov

Hakim-inspektor: Samir Kərəmov

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu


14:00. “Mil-Muğan” – “Göyəzən”

Hakimlər: Emin Nağıbəyov, Hüseyn Əsgərov, Maqsud Şıxəliyev, Nahid Xasıyev

Hakim-inspektor: Rüfət Əliyev

Heydər Əliyev adına İmişli şəhər stadionu


14:00. MOİK – “Qaradağ Lökbatan”

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Kərim Kərimov

Hakim-inspektor: Abdulla Məmmədov

“Bayıl Arena”, (CBC Sport, canlı)


18 noyabr (cümə)


13:00. “Rəvan” – “Şərurspor”

Hakimlər: Xəlil Xəlilov, Elçin Əsədov, Kənan Məlikov, Bəxtiyar Gözəlov

Hakim-inspektor: Akif Əliyev

“Bayıl Arena”

 

13:00. “Bakılı” – “Energetik”

Hakimlər: Elgün Hüseynov, Şakir Quliyev, Eyyub İbrahimov, Yusif Hüseynov

Hakim-inspektor: İlham Əliyev 

“İnter Arena”, 4-cü meydança


16:00. “Zaqatala” – “Ağsu”

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Coşqun Həsənov, Namiq Bəkirov

Hakim-inspektor: Vahid Hüseynov

Zaqatala şəhər stadionu


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-drcsi-alan-hakim-i-diviziona-gondrildi-t54194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR