"Report"un verdiyi xəbərə görə, gərgin keçən müzakirələrin sonunda layihə yenidən araşdırılması üçün geri qaytarılıb.
Dəyişikliklə, 2.0.10-2. maddənin (daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı ilə bağlı maddə) əlavəsi nəzərdə tutulub.
Layihədə daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün dövlət rüsumunun məbləği 10 manat təşkil edəcək.