Doğuşda ölən ananın övladının görüntüləri yayıldı – FOTO/VİDEO

Doğuşda ölən ananın övladının görüntüləri yayıldı – FOTO/VİDEO
18:13 17 Noyabr 2016
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda ana ölümü qeydə alınıb.

Publika.az ARB kanalına istinadən xəbər verir ki, hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində yaşanıb. Artıq ana ölümünün ilkin səbəbləri də açıqlanıb.

Belə ki, Ərçiman kənd sakini, 20 yaşlı Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib.

Doğuşu qəbul edən həkimin sözlərinə görə, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb. Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Bu, qadının ilk hamiləliyi olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır. Artıq hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya gedəcək və ölümün səbəbləri yerində araşdırılacaq. Ana ölümünün dəqiq səbəbləri Doğuşayardım Komissiyasının araşdırmalarından sonra məlum olacaq və bu barədə ictimaiyyətə açıqlanacaq.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR