Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəsindən su boruları oğurlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəsindən su boruları oğurlanıb
19:42 17 Noyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsindən uzunluğu 1 kilometrdən çox su borusunu oğurlayan şəxslər saxlanılıb.
"Report"un xəbərinə görə, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində nazirliyin Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin balansında olan yaşıllığın suvarılmasında istifadə edilən uzunluğu 1100 metr olan plastik borular oğurlanıb. Bu baradə Suraxanı Rayon Polis İdarəsinə (RPİ) məlumat verilib.
Suraxanı RPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan su boruların bir hissəsi İmişli rayon sakini 51 yaşlı Qubadov Mübariz Bəybala oğlunun idarə etdiyi "Qazel" markalı yük avtomobilindən aşkarlanıb. M.Qubadov və onun avtomobilində olan sərnişin Əliyev Bayram Məmməd oğlu saxlanılıb.
Faktla bağlı cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ekologiya-ve-tebii-servetler-nazirliyinin-idaresinden-su-borulari-ogurlanib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR