Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs tutulub

Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs tutulub
21:52 18 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiyanın Novqorod vilayətinin Pestovski rayonunda Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs saxlanılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.
Hadisə Ponomaryovo kəndində baş verib. Bıçaq zərbəsi alan azərbaycanlı maşını ilə özünü şəhərə çatdırıb və kömək çağırıb, lakin sonradan keçinib.
Mənbənin məlumatına görə, dəfələrlə məhkum olunmuş 40 yaşlı kənd sakini yas mərasimi keçirirmiş və bu münasibətlə spirtli içki sifariş verib. Lakin sonradan Azərbaycan vətəndaşı ilə onun arasında qiymətə görə münaqişə yaranıb və onu bıçaqlayıb.
Rusiya İstintaq Komitəsinin Novqorod vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, o, günahını qismən etiraf edib və adam öldürmək niyyətində olmadığını bildirib.
Cinayət işinin istintaqı gedir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyada-azerbaycan-vetendasini-qetle-yetiren-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR