Bakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihə həyata keçiriləcək

Bakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihə həyata keçiriləcək
11:42 22 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) "Hed Academi Azerbaijan" və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə dekabrın 3-dən 5-dək Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihə həyata keçiriləcək.
"Report" xəbər verir ki, “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihənin məqsədi insanları təhlükəsizlik kəmərinin əhəmiyyəti, mahiyyəti və düzgün istifadə qaydaları haqqında məlumatlandırmaqdır.
"Hed Academi Azerbaijan"ın PR meneceri İbrahım Mirzəyevin sözlərinə görə, Azərbacanda ilk dəfə “Hed Academi Azerbaijan”-a məxsus “Aşma Əleyhinə Simulyator” geniş ictimayyətin istifadəsinə təqdim olunacaq: "Aşma simulyatoru, avtomibilin aşma anını simulyasiya edəcək və qəza anında kəmərin sürücünü necə qoruduğunu əyani göstərəcək. Aşma simulyatoruna əyləşən sürücü simulyator dönməyə başladıqda, kəmərin onu necə saxladığını görəcək və kəmərsiz yarana biləcək təhlükənin şahidi olacaq. 3 gün ərzində aşma simulyatoruna əyləşən hər bir şəxs həm də müsabiqədə iştirak etmək şansı qazanacaq. Suallara doğru cavab verən şəxslərə "Hed Academi Azerbaijan", "Park Bulvar" AVM və digər tərəfdaşlarımız tərəfindən dəyərli hədiyyələr təqdim olunacaq".
Qeyd edək ki, “HED Akademi Azerbaijan” 1991-ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təklif edir. HED Akademiya, təhlükəli maddələrin daşınması, nəqliyyat və avtomobil idarəetmə mövzularında Türkiyə, Almaniya, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Bolqarıstan, Kipr və Rumıniyada neft, nəqliyyat, dərman, sıgorta və inşaat sektorlarında olan firmalara xidmət göstərir və genişspektrli əməkdaşlıq təklif edir. HED Akademiya 2007-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb. Şirkət hazırda dünyada 476, Azərbaycanda isə 123 xarici və yerli şirkətlə əməkdaşlıq edir. Fəaliyyəti dövründə göstərdiyi xidmətlər beynəlxalq səviyyədə yüksək təhlükəsizlik standartlarına uyğunlaşdırılmışdır. Hazırda TANAP layihəsinin nəqliyyat sektorunda təhlükəsizliklə bağlı prosedurların yazılması və nəqliyyata nəzarət edilməsi bu şirkət tərəfindən yüksək səviyyədə həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-tehlukesizlik-kemeri-sizi-heyata-baglayir-adli-layihe-heyata-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR