Nazir vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxacaq.
Vətəndaşlar 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs: Həsənov Xəyyam Bəhlul oğlu, əlaqə telefonu (018) 642 44 10), mobil (050) 797 87 82), Siyəzən və Xızı rayonları üzrə Siyəzən Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Qiyasov Faiq Mirağa oğlu, əlaqə telefonu: (023) 304 30 34), mobil (055) 520 11 54), Şabran rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Rəcəbəliyev Faiq Səməd oğlu, əlaqə telefonu: (023) 353 28 32), mobil (051) 994 44 02) və Xırdalan şəhəri Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Kazımov Zakir Çingiz oğlu, əlaqə telefonu: (012) 342 17 22), mobil (050) 254 42 55) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.