Türkiyədə çevriliş cəhdi işi üzrə 37 minədək şəxs həbs edilib

Türkiyədə çevriliş cəhdi işi üzrə 37 minədək şəxs həbs edilib
04:49 23 Noyabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda ittiham edilən 36 951 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdaq bildirib.

 

“FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 92 607 barəsində istintaq tədbirləri aparılıb,  36 951 nəfər həbs edilib”, - deyə Bozdaq bildirib.   

 

Qeyd edək ki, iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Toqquşmalarda 240-dan çox şəxs ölüb, 2 mindən çoxu yaralanıb.  

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR