Onun sözlərinə görə, Azərbaycan banklarında əmanət qoyuluşu nəzərəçarpacaq dərəcədə azalıb, mövcud əmanət portfeli isə dollarlaşıb: “Bu isə kredit risklərini və bank sektorunun zərərliliyini artırır. Hesab edirəm ki, indiki halda banklar fəaliyyətini köhnə qaydalarla davam etdirməməli, mövcud vəziyyətdən birgə və minimum itki ilə çıxmalıdır”.
Z.Nuriyev onu da qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitdə rəhbərlik etdiyi qurum işini təkmilləşdirib, onun daxilində 9 ekspert qrupu yaradılıb və hazırda bank qanunvericiliyinin yeni tələblərə uyğunlaşdırılması istiqamətindən aktiv iş aparılır.