Görünməmiş olay: ofisianta 1300 manat bəxşiş verdilər - FOTO

Görünməmiş olay: ofisianta 1300 manat bəxşiş verdilər - FOTO
12:12 24 Noyabr 2016
265 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikanın Texas ştatında maraqlı olay baş verib.

Milli.Az "ABC"yə istinadla bildirir ki, restorana gələn müştəri ofisianta ailəsini ziyarət etmək üçün 750 dollar (təxminən 1300 manat) bəxşiş qoyub.

Texasda Millar adlı ofisiant müştəri ilə Şimali İrlandiya haqqında söhbət edib. O, iki ildir ki, Belfastda yaşayan ailəsini görə bilmədiyini söyləyib. Ofisiant Jeffrey və ailəsinə yemək boyu qulluq edib.

Ofisiant qonaqlar getdikdən sonra hesabı götürərkən təəccüblənib. Millar hesab qutusunun içərisində 750 dollar bəxşiş qoyulduğunu görüb.

Qəbzin üstünə qeyd olaraq yazılıb: "Ümid edirəm ki, bu məbləğ sənə İrlandiyaya gedib ailəni görmək üçün bəs edəcək".

Millar ABC News-a müsahibə verib. O, bu hərəkətdən çox təəccübləndiyini və indiyə qədər bu məbləğdə bəxşiş almadığını söyləyib. Millar bildirib ki, sevgilisi Tarin Kiet hamilədir və o, bu pulu oğulları Killian doğulana qədər saxlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/492527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR