“Bakı” tezliklə fəaliyyətini bərpa edəcək" - Hafiz Məmmədov

“Bakı” tezliklə fəaliyyətini bərpa edəcək" - Hafiz Məmmədov
22:17 24 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

"Qarşıdakı bir həftə ərzində klubun bərpası ilə bağlı elan verəcəyik. Tezliklə əməli fəaliyyətə başlayacağıq. Əsasən də uşaq futboluna, klubun akademiyasına diqqət edəcəyik". Apasport.az saytı xəbər verir ki, bunu "Bakı" klubunun prezidenti Hafiz Məmmədov deyib.
 
"Bakı"nın daim uşaq futboluna böyük önəm verdiyini söyləyən Məmmədov bildirib ki, klubun 40-dan artıq yetirməsi istər əsas, istərsə də aşağı yaş qrupları üzrə milli komandalarımızın heyətində çıxış edirlər.

Milli.Az futbolxeber.az-a istinadən bildirir ki, onun sözlərinə görə, hazırda Topaz Premyer Liqası və I divizionda mübarizə aparan istənilən klubun heyətində "Bakı"nın yetirməsinə rast gəlmək mümkündü.

"Fəaliyyətimizi bərpa etdikdən sonra akademiyaya böyük diqqət ayıracağıq. İstedadları üzə çıxarıb, onları Azərbaycan futboluna qazandırmaq istəyirik. Məqsədimiz gənclərin ölkə xaricinə yolunu açmaqdı. Bunun üçün də həm Bülənt Qorxmaz, həm də Milinko Pantiç kimi peşəkarların köməyinə ehtiyacımız var. Bir sözlə, "Bakı" tezliklə fəaliyyətini bərpa edəcək. Məqsədimiz dəyişməz olaraq qalır. Azərbaycan futboluna, idmanına fayda vermək istəyirik" - deyə, Məmmədov bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR