Neft şirkətinin sahibinin nəvəsi avtomobil qəzasında həlak oldu - FOTOLAR

Neft şirkətinin sahibinin nəvəsi avtomobil qəzasında həlak oldu - FOTOLAR
14:48 25 Noyabr 2016
361 Şou
Ölkə mətbuatı
A- A+

"Qızıl gənclər"-in ən parlaq nümayəndələrindən biri - 19 yaşlı oliqarx varisi Diana Lebedeva Diana İsveçrədə ölüb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Diana ilə 23 yaşlı model sevgilisi iıə birlikdə dəhşətli avtomobil qəzasında həlak olub. Qəzaya uğrayan idman maşını daha sonra gölə düşüb. Gənclərin meyitləri su hövzəsinin dibində tapılıb. Faciənin təfərrüatları hələlik məlum deyil. İlkin məlumatlara görə, ölənlər öz aralarında yarış keçirib, amma qəfil idarəetməni itiriblər.

Məlumat üçün bildirək ki, Diana “YUKOS" neft şirkətinin keçmiş sahibi və “Menatep”-in keçmiş ortağı Platon Lebedevin nəvəsidir. P.Lebedev 2010-ci ilin sonunda 14 il həbs cəzasına məhkum edilmiş, daha sonra cəzası yarıya endirilmişdi. Lebedev 2014-ci ilin may ayında sərbəst buraxılıb.

Aytən







Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/177327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR