Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər artacaq

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər artacaq
17:22 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda səhmlərində dövlət payı olan müəssisələrdən alınan dividendlər hesabına 2017-ci ilin dövlət büdcəsinə 5,959 mln. manat daxil olacağı gözlənilir. "Report" bu barədə 2017-ci ilin büdcə zərfinə istinadən xəbər verir.
Bu da 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 660 min manat və ya 12,5% çoxdur.
Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR