"Rostov"un iranlı hücumçusu Sərdar Azmun bir sıra klubların diqqətini cəlb edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, FİFA agenti Şandor Varqa gənc forvardın transferinə 30-40 milyon avro xərclənə biləcəyini istisna etmir. Azmunun "Transfermarkt"da qiyməti 7 milyon avro göstərilir.

"Əlbəttə, onun müqaviləsində buraxılış qiyməti 10 milyon avro göstərilibsə, heç kim artıq xərcə yol verməz. Ötən yay Arsen Venqerə transferlər üçün 100 milyon avro ayrılmışdı. O isə gəncləri almağı və yetişdirməyi üstün tutdu. Belə bir klub Azmunu istəsə, "Rostov"un tələb etdiyi qiyməti ödəyəcək".

Milli.Az