Ukrayna vətəndaşlarını daşıyan avtobus Rusiyada qəzaya uğradı: yaralılar var

Ukrayna vətəndaşlarını daşıyan avtobus Rusiyada qəzaya uğradı: yaralılar var
09:27 28 Noyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

İçində Ukraynanın vətəndaşlarının olduğu avtobus Rusiyanın Pskov vilayətində qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Konsul Xidməti Departamentinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, Sankt-Peterburq-Rovno istiqamətində hərəkət edən avtobusun salonunda 12 ukraynalı olub. Qəza zamanı onlardan 5-i müxtəlif dərəcəli xəsarət alıb.

Ağır vəziyyətdə olan yaralılardan biri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qəzanın hansı şəraitdə baş verdiyi açıqlanmır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR