Bakı Dövlət Sirkinin payız proqramı

Bakı Dövlət Sirkinin payız proqramı
11:57 28 Noyabr 2016
153 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakı Dövlət Sirkinin bir ay davam edən “İntersirk-3” payız proqramı sona çatıb.
“Report” xəbər verir ki, proqramda Çili, Rusiya, İtaliya, Belorus, Qvatemala və Ukraynanın dünya şöhrətli sirk ustalarının yer alıb, çoxsaylı nömrələr təqdim edilib.
Yeni payız proqramında qeyri-adi illüziya, hava gimnastları, jonqlyor, akrobatlar, transformasiya, şən kloun və s. nömrələr tamaşaçılara təqdim olunub. Bu mövsüm təqdim olunan nömrələrdə it, poni, öküz, dəvə, pələng və s. kimi əhliləşdirilmiş heyvanlarla da rəngarəng nömrələr təqdim edilib.
Qeyd edək ki, proqramda eyni zamanda həmvətənlərimizin - Rusiyanın xalq artisti Rafiq Əliyevin akrobatlar komandası və təlimçi Ələkbər Nəsirovun “ispan” atraksionu da nümayiş olunub.
Müxbir: Aynur Osmanqızı


















Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/baki-dovlet-sirkinin-payiz-proqrami-fotoreportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR