Belarus prezidenti Azərbaycana rəsmi səfərə yollanıb

Belarus prezidenti Azərbaycana rəsmi səfərə yollanıb
13:37 28 Noyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarus Prezidenti Azərbaycana rəsmi səfərə yollanıb.
Bu barədə "Report" Belarus dövlət başçısının saytına istinadən xəbər verir.
Səfər proqramına A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqların aparılması daxildir.
İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
Danışıqların yekununda bir sıra beynəlxalq sənədin imzalanması gözlənilir.
A.Lukaşenkonun Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/belarus-prezidenti-azerbaycana-resmi-sefere-yollanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR